CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyindən prezidentə hədiyyə - VİDEO

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев в Губадлинском и Зангиланском районах
Президент Ильхам Алиев в Губадлинском и Зангиланском районах - Sputnik Azərbaycan
Abunə olmaq
Vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağiyevin ifa etdiyi "Müzəffər Sərkərdə" mahnısı əsasında Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı növbəti klipi təqdim edilib

BAKI, 24 dekabr — Sputnik. Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində digər amillərlə yanaşı, hərbi marş və vətənpərvərlik mahnılarının da mühüm əhəmiyyəti var.

Sputnik Azərbaycan xəbər verir ki, Vətən müharibəsindən öncə və müharibənin gedişində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə görkəmli bəstəkarlarımız Xalq artistləri Faiq Sücəddinov, Eldar Mansurov, Əməkdar artist Gövhər Həsənzadə və Azad Zahidin yazdıqları hərbi marş və mahnılar şəxsi heyət tərəfindən həmişə böyük maraqla, ruh yüksəkliyi ilə qarşılanıb.

Vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağiyevin ifa etdiyi "Müzəffər Sərkərdə" mahnısı əsasında (Musiqi Eldar Mansurov, sözləri Abdulla Qurbani) Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı növbəti klipi təqdim edilib.

Xəbər lenti
0