17:07 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
10 0 0

Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən "Microsoft Teams" platforması üzərindən keçirilir

BAKI, 23 dekabr — Sputnik. Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə start verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimlərin əsas məqsədi məktəb psixoloqlarının şagirdlərə onlayn psixoloji dəstəyin göstərilməsi üçün bilik və bacarıqlarının artırılmasıdır. Təlimlərə ölkə üzrə 800 məktəb psixoloqu cəlb olunub. Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən "Microsoft Teams" platforması üzərindən keçirilir.

Bu günədək "Distant psixoloji məsləhət prosesinə giriş", "Psixoloji məsləhət prosesinə başlayarkən", "Onlayn təlim və superviziya", "Onlayn psixoloji məsləhətdə müraciət edən şəxsi məlumatlandırma", "Onlayn terapiyada psixodiaqnostik vasitələrin tətbiqi" mövzularında təlimlər keçirilib. Qeyd edək ki, təlimlər 25 dekabr tarixinədək davam edəcək.

Teqlər:
dəstək, onlayn, məktəb, psixoloq, psixoloji yardım

Əsas mövzular