CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Şərti maliyyə vahidi haqqında" qanun ləğv edilib

© AFP 2023 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Şərti maliyyə vahidi haqqında" qanun Azərbaycanda aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edirdi

BAKI, 22 dekabr — Sputnik. "Şərti maliyyə vahidi haqqında" qanun ləğv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Şərti maliyyə vahidi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, "Şərti maliyyə vahidi haqqında" qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edirdi. Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqları, dövlət rüsumları, cərimələr, maliyyə sanksiyaları və digər ödənişlər, əgər mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti maliyyə vahidi ilə hesablanırdı.

Şərti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilmişdi. Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdi.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0