CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən gün 27 koronavirus xəstəsi saxlanılıb

© AR Ministry of Internal AffairsАвтомобил патрульной службы и сотрудники МВД, фото из архива
Автомобил патрульной службы и сотрудники МВД, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

 

BAKI, 22 dekabr — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti
0