CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıətrafı kənd və qəsəbələrdə yaşayanlara şad xəbər

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
2021-ci ildə şəhərimizə ümumilikdə 205 ədədi 9, 150 ədəd isə 12 metr olan sərnişin avtobusları alınacaq

BAKI, 21 dekabr — Sputnik. Dövlət başçısının tapşırığına əsasən, Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Bu, paytaxtın marşrut şəbəkəsi üçün yenilik hesab olunan BMC markalı Neocity 9 metrlik sərnişin avtobuslarının alınması sayəsində mümkün olacaq. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avtobusların paytaxta çatdırılmasına növbəti aylardan başlanılacaq.

BNA ilə qardaş Türkiyə Respublikasının "BMC Otomativ Sənaye və Ticarət" şirkəti arasında imzalanan müqaviləyə əsasən, 2021-ci ildə şəhərimizə ümumilikdə 205 ədədi 9, 150 ədəd isə 12 metr olan sərnişin avtobusları alınacaq.

Müqavilə dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə imzalanıb. Bundan dərhal sonra isə BMC markalı Neocity 9 metrlik avtobusa sınaq baxışı keçirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyətini qardaş ölkənin İzmir şəhərinə səfər edib.

Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün də əlçatandır. Bu avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir.

Xəbər lenti
0