CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Avtoşluq" edən "KamAZ" sürücüsü saxlanıldı

© Sputnik / Ilham MustafayevGəncədə vəziyyət
Gəncədə vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücü barəsində müvafiq sənədləşdirilmə aparılaraq Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə təhvil verilib.

BAKI, 21 dekabr — Sputnik. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Bakıda yol hərəkəti qaydalarını pozan "KamAZ" sürücüsü ilə bağlı yayılan video barədə araşdırma aparıb.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hadisəni törədən şəxs nəqliyyat vasitəsilə birlikdə saxlanılıb: "Hadisə dekabrın 18-də axşam saat 21:30 radələrində baş verib. Paytaxtın Nobel prospektində "KamAZ" markalı 10 HZ 667 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Şüvəlan qəsəbə sakini, 1984-cü il təvəllüdlü Məmmədov Balaəhməd Ağaəhməd oğluna yük maşınlarının qadağan olduğu ərazidə avtomobil idarə etdiyi üçün polis tərəfindən "Saxla!" əmri verilib.

Lakin sürücü müvafiq sənədləri olmadığı üçün polisin qanuni əmrinə əhəmiyyət vermədən ərazidən qaçmağa cəhd edib. Polis əməkdaşlarının səyi nəticəsində avtomobil sürücü ilə birlikdə saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində müvafiq sənədləşdirilmə aparılaraq Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə təhvil verilib.

Xəbər lenti
0