13:59 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
33 0 0

Daxili İşlər Nazirliyi və digər aidiyyatı dövlət qurumları məsələni nəzarətə götürərək araşdırmalara başlayıblar

BAKI, 20 dekabr - Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar açaraq insanları aldadan hesablarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar yaradılmaqla həmin hesablarda müxtəlif saytların ünvanları ödənişli reklam edilməklə paylaşılır: "Göstərilən ünvanlara daxil olduqda isə reklam saytlarına yönəldilir və daxil olmaq üçün qeydiyyat və kart məlumatları istənilir. Bu yolla, məlumatlarını daxil edən istifadəçilərin kart məlumatlarının oğurlanmasına cəhdlər olunur. Bununla əlaqədar Daxili İşlər Nazirliyi və digər aidiyyatı dövlət qurumları məsələni nəzarətə götürərək araşdırmalara başlayıblar. Daxili İşlər Nazirliyi vətəndaşlarımızı belə saxta hesablara inanmamağa, sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa çağırır".

Teqlər:
fırıldaqçılıq, fırıldaq, kart, saxta profil, sosial şəbəkə, xəbərdarlıq, DİN

Əsas mövzular