17:40 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
21 0 0

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq

BAKI, 20 dekabr - Sputnik. Azərbaycan ərazisində sabah gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz  8-10, Bakıda gecə 3-5, gündüz  8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Dekabrın 21-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir  duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 

Teqlər:
rayonlar, Bakı, Azərbaycan, hava proqnozu, buludlu hava, duman, külək, hava

Əsas mövzular