17:50 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
24820

"Burada bir nüans ortaya çıxır ki, vətəndaşlar quru yolla getməli olsalar, müəyyən problemlər ortaya çıxacaq. Çünki əgər biz Türkiyə ilə giriş-çıxışı şəxsiyyət vəsiqəsi ilə həyata keçirmək imkanları yaradırıqsa, düşünürəm ki, Gürcüstanla da bu imkanları yaratmalıyıq"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 dekabr — Sputnik. Dekabrın 10-da Azərbaycan və Türkiyə hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı protokol imzalandı. Sazişə əlavə olaraq imzalanmış protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala biləcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda paradda, arxiv şəkli
© Murat Cetinmuhurdar / Presidential Press Office / Handout via REUTERS

Azərbaycanda Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilmək nəyi dəyişdirəcək?

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, "Avrasiya Miqrasiya təşəbbüsləri" platformasının təsisiçisi Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iki dövlət arasında miqrasiya mübadiləsi o zaman intensiv olur ki, iki ölkənin əhalisi arasında sıx inteqrasiya olur: "Yəni siyasi, mədəni, sosial, iqdisadi və sair əlaqələr bir-birilə uzlaşır. Belə olduğu vəziyyətdə miqrasiya mübadiləsi intensiv xarakter alır. Əgər iki dövlət arasında bu miqrasiya mübadiləsini təmin etmək çox əlverişlidirsə, mübadilə intensivləşir. İntensivlik üçün iki dövlət arasında əlverişli vəziyyət olmalıdır".

Ekspertin sözlərinə görə, bu ilin fevral ayında Türkiyə ilə Azərbaycan arasında viza rejimi götürüldü və orada qalma müddəti 90 gün oldu. Əvvəl isə bu müddət 2 ay olub. Gün sayı artırılsa da, daxili qanunlara görə, 90 gün bitdikdən sonra "oturum izni" (yaşamaq üçün icazə) almağa ehtiyac duyulur.

"Dövriyyədən xarici pasport çıxarılır və tək şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə getmək mümkün olacaq. Buna baxmayaraq, "oturum izni" və sair daxili qanunlar qüvvədə qalır. Tək şəxsiyyət vəsiqəsi deyildikdə, yeni nəsil vəsiqə nəzərdə tutulur, çünki yeni nəsil vəsiqədə informasiyalar çipə yerləşdirilir və digər ölkəyə giriş-çıxış həmin çip vasitəsi ilə həyata keçirilir", - deyə A.Allahverənovun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında hər zaman intensiv mübadilə olub.

Pandemiya ilə əlaqədar bu mübadilə zəifləsə də, yəqin ki, pandemiyadan sonra xarici pasportu olmayan vətəndaşlar da rahat şəkildə gediş-gəliş edə biləcəklər.

"Burada bir nüans ortaya çıxır ki, vətəndaşlar quru yolla getməli olsalar, müəyyən problemlər ortaya çıxacaq. Çünki əgər biz Türkiyə ilə giriş-çıxışı şəxsiyyət vəsiqəsi ilə həyata keçirmək imkanları yaradırıqsa, düşünürəm ki, Gürcüstanla da bu imkanları yaratmalıyıq. Gürcüstan üzərindən Türkiyəyə gedən vətəndaşlarımız problem yaşamamalıdırlar. Hesab edirəm ki, bu barədə hər iki tərəf müəyyən danışıqlar aparacaq", - deyə Allahverənov bildirib.

A.Allahverənovun fikrincə, ölkələr arası giriş-çıxış informasiyaları da vəsiqənin üzərində olan çiplərə yazılacaq. Və gələcəkdə İT mütəxəssisləri çipə yazılmış məlumatları oxumaq imkanı yaradacaqlar.

"Sənədlərin sayı azaldılır, hər şey çipə yazılır. Ancaq hesab edirəm ki, daxili 90 gün müddəti gələcəkdə 180 gün müddətinə artırılsın. Çünki 180 gün müddətində vətəndaşlar rahat işlərini görə və ya öz işlərini qura bilərlər", - deyə ekspert vurğulayıb.

A.Allahverənov hesab edir ki, Azərbaycan vətəndaşlarının əmək fəaliyyəti ilə məşğul olması üçün çox geniş əlverişli şərait var.

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadənin sözlərinə görə, pandemiya ilə əlaqədar turizm fəaliyyəti dayandırılıb. İki ölkə arasında bağlanan müqavilənin nəticəsi isə gələcəkdə müşahidə ediləcək.

K.Quluzadənin sözlərinə görə, sərhədkeçmə şərtlərinin sadələşdirilməsi turizmin inkişafına təkan verir.

O bildirib ki, Azərbaycana səfər edən xarici ölkənin vətəndaşları sırasında Türkiyə üçüncü yerdədir.

Belə ki, 2019-cu ildə Azərbaycana 316628 Türkiyə vətəndaşı səfər edib. 2018-ci illə müqayisədə 8,6 faiz artım qeydə alınıb. Eləcə də, Azərbaycana səfər edən xarici vətəndaşların sırasında Türkiyə Rusiya və Gürcüstandan sonra üçüncüdür.

Teqlər:
Gürcüstan, şəxsiyyət vəsiqəsi, səfər, viza, Azərbaycan, Türkiyә

Əsas mövzular