21:09 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
8 0 0

Nazir Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

BAKI, 15 dekabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti əsasında 10 dekabr Beynəlxalq insan hüquqları gününə həsr olunan onlayn konfransda iştirak edib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə çıxış edən təhsil naziri koronavirus pandemiyası və Ermənistan hərbi qüvvələrinin təxribatları fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.

Nazir onlayn tədrisə keçidi təmin etmək məqsədilə "Microsoft" şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış "Virtual məktəb" platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.

E.Əmrullayev həmçinin cari ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Teqlər:
təhsil naziri, müharibə, Qarabağ, erməni təcavüzü, ölənlər və yaralılar, şagirdlər, müəllim, dağıntılar, məktəb

Əsas mövzular