17:10 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
14 0 0

Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

BAKI, 15 dekabr — Sputnik. Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Sputnik Azərbaycan xəbər verir ki, Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

 

Teqlər:
Milli Məclis, dəyişiklik, Əmək Məcəlləsi, Azərbaycan, anım günü

Əsas mövzular