23:26 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
16 0 0

Fərdi avtomobil sürücülərindən xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş saxlasınlar - BNA

BAKI, 14 dekabr — Sputnik. "Hazırda paytaxtda 2 nömrəli xətt üzrə 19 avtobus fəaliyyət göstərir. Marşrut xəttinin keçdiyi bəzi yollarda karantin postları var".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, postların qarşısındakı sıxlıq səbəbindən intervalda müəyyən gecikmələr olur: "Bu hal digər xətlərdə də müşahidə olunur. Ona görə fərdi avtomobil sürücülərindən xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş saxlasınlar. Hərəkətə icazə verən sənədləri vaxtında təqdim etsinlər ki, bu cür narahatlıq doğuran hallarla rastlaşmayaq".

Teqlər:
yol, müraciət, sürücülər, BNA, avtobus, sıxlıq, post, karantin, Bakı

Əsas mövzular