CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə müəmmalı ölümlər və qlobal "sui-qəsd": bu, adi adamın işi deyil

© AFP 2023 / JONATHAN NACKSTRANDТюлень, фото из архива
Тюлень, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Xəzər bir dənizdir. Dağıstanda baş verən burada da baş verəcək. Çünki Xəzərin axınları şimaldan cənuba doğrudur" - ekoloq.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Dağıstanda Xəzər dənizi sahillərində bir neçə gün ərzində 272 suiti ölümü qeydə alınıb. Federal Balıqçılıq Agentliyinin ərazi idarəsinin məlumatına görə, yüzlərlə heyvanın leşini dalğalar Mahaçqalada Sulak və Samur kəndlərində quruya atıb. Cəsədlərin çoxu Mahaçqaladan Sulakadək sahilin şimal hissəsində tapılıb.

МОРСКИЕ КОТИКИ ОСТРОВ ТЮЛЕНИЙ - Sputnik Azərbaycan
HADİSƏ
Yüzlərlə heyvanı kim məhv edib?

Hazırda alimlər suitilərin kütləvi ölüm səbəbini müəyyənləşdirirlər. Bir versiyaya görə, bunun səbəbi viral və ya bakterial mənşəli bir yoluxucu xəstəlik ola bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov Xəzər dənizinin Mahaçqala və Kaspiysk şəhərləri arasındakı Kalmıkiya sahillərində Xəzər suitilərinin ölümü ilə bağlı məsələyə aydınlıq gətirərkən Sputnik Azərbaycan-a bildirib ki, Xəzər suitisinin populyasiyasının böyük hissəsi payızın sonu və qışda Xəzərin şimal hissəsində baş verir.

Bu səbəbdən suitilər Xəzərin şimalına miqrasiya edir və yetkin fərdlər yazın əvvəllərinə qədər orada qalaraq, yanvar-fevral aylarında buzun üzərində çoxalırlar.

"Şimali Xəzərə miqrasiya edərkən Dağıstan və Kalmıkiya sahillərindən qrup şəklində keçən suitilərin həmin sahilyanı akvatoriyalarda qanunsuz balıq ovu məqsədilə qurulmuş torlara ilişərək boğulma səbəbindən öldüyü ehtimal olunur", - deyə o qeyd edib.

Mehman Axundovun sözlərinə görə, suitilərin digər səbəbdən, suyun çirklənməsinin təsirindən ölməsi versiyası isə az məntiqlidir.

Çünki bu halda digər dəniz canlılarının da kütləvi ölümü qeydə alınardı. Bu versiyanın təsdiqi üçün suiti cəsədlərinin daxili orqanlarından nümunələr götürülməli və toksikoloji analizlər aparılmalıdır. Odur ki, Dağıstan sahillərində suitilərin kütləvi ölümünün əsas səbəbini qanunsuz balıq ovu və brakonyerliklə əlaqələndirmək daha məntiqli görünür.

Su polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Adı "Qırmızı Kitab"a düşən balığı tutan İmişli sakini ələ keçdi

Xidmətin rəsmisi onu da qeyd edib ki, dünyada mövcud olan pərayaqlıların ən xırda növü hesab edilən endemik Xəzər suitisinin sayı XX əsrin əvvəllərində təqribən 1 milyon fərd təşkil edib, hazırda isə onların ümumi sayı təqribən 111 mindir: "Suitilərin azalması əsasən 1997-ci ildən müşahidə olunur. Rusiya mütəxəssisləri ehtimal edirlər ki, suitilərin məhv olmasına səbəb qida zəncirindəki dəyişikliklər, Xəzər dənizinin ekosisteminə yeni növlərin gətirilməsi, isti keçən qış, iqlim dəyişməsi səbəbindən təbii çoxalma dövrünün pozulması, müxtəlif xəstəliklər, o cümlədən suiti vəbası, balıq ovunda istifadə edilən qadağan olunmuş ov vasitələri və brokonyerlikdir".

Ekoloq Telman Zeynalovun fikrincə isə suitilərin ölümü brokonyerlərin fəaliyyəti ilə deyil, epidemiya ilə əlaqəlidir.

"2011-ci ildə quş epidemiyası var idi. Quş xəstəliyi Antarktidada pinqvinlərin ölümü ilə özünü göstərmişdi", - deyən mütəxəssisin fikrincə, bu, dünyada gedən siyasi oyunun bir parçasıdır.

T.Zeynalov bildirib ki, Dağıstanda yayılan epidemiya Azərbaycanda da müşahidə edilə bilər: "Xəzər bir dənizdir. Dağıstanda baş verən burada da baş verəcək. Çünki Xəzərin axınları şimaldan cənuba doğrudur. Epidemiya burada da yayıla da bilər. Brokonyer suiti öldürür? Bu, gülünc fikirdir".

 

Xəbər lenti
0