CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Benksi "məhəlləni əyən" yeni qəhrəmanını təqdim edib - "Həpçi!"

© Photo : Instagram / BanksyŞəkil
Şəkil - Sputnik Azərbaycan
Abunə olmaq
"Aachoo!!" ("Həpçi!") adlanan sənət əsəri Bristolda şəhərin ən sərt yoxuşlarından birinin olduğu küçədə çəkilib. Təsvirdə bərk asqırmağı nəticəsində əlindən çantası və əsası düşən yaşlı qadın əks olunub

BAKI, 13 dekabr — Sputnik. Anonim rəssam Benksi yeni əl işi ilə böyük maraq yaradıb. Bu dəfə onun yeni qəhrəmanı bərk asqıran nənə olub.

Sputnik Azərbaycan xəbər verir ki, müəllif yeni qraffitisini özünün "Instagram" hesabından paylaşıb.

"Aachoo!!" ("Həpçi!") adlanan sənət əsəri Bristolda şəhərin ən sərt yoxuşlarından birinin olduğu küçədə çəkilib. Təsvirdə bərk asqırmağı nəticəsində əlindən çantası və əsası düşən yaşlı qadın əks olunub. Şəklə baxanda sanki qadının asqırmağı ilə bütöv bir məhəllənin "əyildiyi" təəssüratı yaranır.

View this post on Instagram

A post shared by Banksy (@banksy)

Yeni qraffiti müdafiə üçün şəffaf sipərlə örtülüb.

Xəbər lenti
0