CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda lotereya oyunlarının keçirilməsi müvəqqəti dayandırılır

© pixabay / SkitterphotoLotereya
Lotereya - Sputnik Azərbaycan
Abunə olmaq
Oyunlara fasilə verilməsinə səbəb ölkə ərazisində tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimidir

 

BAKI, 10 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyinə məxsus "Azərlotereya" ASC dekabrın 14-dən "5/36", "6/40", "Yeni Binqo", "4+4", "Qış Möcüzəsi" və "Yeni il Sevincləri" tirajlı lotereyalarının keçirilməsini müvəqqəti dayandırır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, oyunlara fasilə verilməsinə səbəb ölkə ərazisində tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimidir.

Satılmış lotereya biletlərinin dəyərini satış məntəqələri ödəyəcək.

Xəbər lenti
0