14:40 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
20 0 0

Dövlət Sosial Müdafiə Fondunda şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup yaradılıb

BAKI, 9 dekabr — Sputnik. Şəhid ailələri və müharibə iştirakçılarının ailələrinin sosial vəziyyəti öyrənilir, hüquqlarının təminatına operativ dəstək işləri aparılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup fəaliyyətə başlayıb.

Qeyd olunub ki, işçi qrupun yaradılmasında əsas məqsəd şəhid ailələri və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsidir. Xüsusilə də şəhid ailələrinə sosial təminat növləri üzrə ödənişlərin təyin olunması üçün onların müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və təyinatlar həyata keçirilir.

Qeyd edək ki, son günlər ərzində şəhid ailələrinin üzvlərindən artıq 500-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Proses davam edir.

Əsas mövzular