CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisindən paytaxt əhalisinə növbəti müraciət

© Sputnik / Irade JELILBakıda vəziyyət
Bakıda vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın yol polisi "Zəfər parad"ı ilə bağlı növbəti dəfə əhaliyə və avtomobil sahiblərinə müraciət edib.

BAKI, 9 dekabr - Sputnik. Bakı şəhər Dövlət Yol Polis İdarəsi növbəti dəfə əhaliyə və avtomobil sahiblərinə müraciət edib.

İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə bildirilir ki, 10 dekabr tarixində Bakının mərkəzi olan Azadlıq meydanında keçiriləcək “Zəfər paradı” ilə əlaqədar texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq Meydanı, Dənizkənarı Bulvar boyu, Neftçilər Prospekti, Azneft Meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.

Keçirilən tədbirlərin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdə avtomobil hərəkətinə tam məhdudiyyət qoyulacaq. 

Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə:

- Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar Dairəvi yol istiqamətinə;

- Bayıl qəsəbəsi Su İdmanı Sarayı yanından Xanlar küçəsinə;

- Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q. Abbasov və Saraykin küçəsinə?

- M. Hüseyn, T. Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə;

- Nobel prospekti N. Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə;

- A. Cəlilov küçəsinin A. İsmayılov, N. Əliyev, F. Bayramov və Y. Səfərov küçələri ilə 10-cu zavod dairəsinə;

- Y. Səfərov, Ə. Quliyev və 28 May küçələri kəsişməsindən D. Əliyeva küçəsi istiqamətinə;

- 28 May küçəsinin R. Zorge, K. Səfərəliyeva, Puşkin, S. Vurğun, R. Behbudov küçələri, Azadlıq və Bülbül prsopektləri kəsişməsindən A. Bakıxanov və Füzuli istiqamətinə hərəkət müəyyənləşdirilir.

Yol hərəkəti iştirakçılarına bildirilir ki, həmin istiqamətlər üzrə şəxsi avtomobildən istifadə süni sıxlığın və tıxacların yaranmasına səbəb ola bilər.

Bir daha xahiş olunur ki, ölkə əhəmiyyətli tədbirinin yüksək səviyyədə keçirilməsi üçün qaydalara riayət edilsin.

Xəbər lenti
0