CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"YAŞAT" Fondu ilk olaraq kimlərə yardım edəcək?

© Sputnik / Murad OrujovКупюра номиналом в 100 AZN, фото из архива
Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Müraciətlər daha prioritet olan müraciətdən nisbətən təciliyə doğru sıralanacaq və bu yolla hər bir ailəyə dəstək göstəriləcək. Hər ehtiyac istiqaməti üzrə müraciətlər bal sıralaması ilə qeydə alınacaq. Növbəti ayın 10-dək hər bir ailəyə müvafiq yardımlar ediləcək".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. "Beynəlxalq Bank vasitəsi ilə artıq 4 valyuta üzrə hesablar açılıb. Hər kəs yardım edərək faydasını göstərmək üçün bu platformadan yararlana bilər. Bu, mərkəzləşmiş bir fonddur ki, burada bütün ailələrin ehtiyacları müəyyənləşəcək və ehtiyaclar qarşılanacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, "ASAN Könüllülər" də ev-ev gəzərək bu ailələrin ehtiyaclarını müəyyənləşdirərək ehtiyaclar haqda cəmiyyətə məlumat verəcəklər.

Ülvi Mehdiyev eyni zamanda müraciətlərin sıralanması məsələsinə aydınlıq gətirib: "Müraciətlər daha prioritet olan müraciətdən nisbətən təciliyə doğru sıralanacaq və bu yolla hər bir ailəyə dəstək göstəriləcək. Hər ehtiyac istiqaməti üzrə müraciətlər bal sıralaması ilə qeydə alınacaq. Növbəti ayın 10-dək hər bir ailəyə müvafiq yardımlar ediləcək. Ola bilər ki, müraciət bizə daxil olub və hansısa səbəbdən biz onu maliyyələşdirə bilmiriksə, bu zaman fondun saytında əlavə olaraq o ailə haqda məlumat yerləşdiriləcək, vətəndaşlar individual olaraq o ailəyə yardım edə biləcəklər".

Ü.Mehdiyev bildirib ki, platformanın proqram təqdimatı yazılmaq üzrədir və yaxın günlərdə bu haqda tam detallı məlumat veriləcək.

Xəbər lenti
0