19:02 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
7010

"Mərkəzləşmiş, şəffaf və ictimai nəzarətin həyata keçirildiyi bir platforma olacaq. Ailələrə yardım etmək istəyən şəxslərin burada platforması olacaq və vəsaitin haraya, necə xərcləndiyini görə biləcəklər" - Ülvi Mehdiyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. "Prezidentin "YAŞAT" Fondunu ilə bağlı fərmanında şəffaf platformanın yaradılması nəzərdə tutulub. Bu platformada şəhid ailələri və yaralılar haqda məlumat olacaq. Mərkəzləşmiş, şəffaf və ictimai nəzarətin həyata keçirildiyi bir platforma olacaq. Ailələrə yardım etmək istəyən şəxslərin burada platforması olacaq və vəsaitin haraya, necə xərcləndiyini görə biləcəklər. Hər kəs fondun hesabatı ilə tanış ola biləcək".

Sputnik Azərbaycan bildirir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bu gün jurnalistlər üçün keçirilən brifinqdə belə deyib. O bildirib ki, fondun dəstək istiqamətləri əsasən 4 istiqamətdə olacaq:

istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması;

məişət şəraitinin yaxşılaşdırılması;

müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

təhsil və digər yaradıcılıq potensialının ikişafı ilə bağlı xərclər.

Ehtiyacların ödənməsi ianələr vasitəsilə yardım və "crowdfunding" əsasında yardımla baş tutacaq. Ü.Mehdiyev bildirib ki, ianə edən şəxslərə bürünc dəstəkçi, gümüş dəstəkçi, qızıl dəstəkçi medalları veriləcək.

“YAŞAT” Fondunun bank rekvizitləri də açıqlanıb:

Azərbaycan Respublikası daxilində ianələr üçün Manat hesabı: AZ76IBAZ38090019447968925204

Xaricdən göndərilən ianələr üçün:

USD hesabı: AZ66IBAZ38190018407968925204;

EURO hesabı: AZ46IBAZ38190019787968925204;

Rubl hesabı: AZ83IBAZ38190018107968925204.

Əsas mövzular