23:15 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
267 0 0

Həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 dekabr — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

DSX-nin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

- 35 yaşı keçməməli;

- Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

- Həkim-terapevt;

- Həkim-ümumi cərrah;

- Həkim-stomatoloq;

- Həkim-sanepidemioloq;

- Həkim-dermatoloq;

- Həkim-infeksionist;

- Həkim-otolarinqoloq;

- Həkim-laborant;

- Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;

- Feldşer;

- Feldşer-laborant;

- Diş texniki.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

- Fiziki cəhətdən sağlam olmalı;

- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Teqlər:
həqiqi hərbi xidmət, DSX

Əsas mövzular