CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməkdar artist TƏBİB-dən və təcili yardımdan şikayət etdi

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidМузыкальный конкурс "Евровидение 2012". Финал
Музыкальный конкурс Евровидение 2012. Финал - Sputnik Azərbaycan
Abunə olmaq
"Qoca adamlar xəstələnib öz evlərində günlərlə 103-ə zəng edirlər, "siz 39-cusunuz xəttə gözləyin" eşidirlər, onlar nə sahə həkimindən müalicə görür, nə dərman... Heç bir diqqət görmürlər"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. "COVID-19-la bağlı vəziyyət çox pisdir. Pisi ondan ibarətdir ki, səhiyyə, TƏBİB, 103, yerli sahə həkimləri insanlara lazım olan köməyi göstərmirlər, insanlar ölümlə üz-üzə qalıblar. COVID-19 probleminin başında duran adamların səhlənkarlığından öz həyatlarını itirənlər necə adlanır? TƏBİB-də, poliklinikalarda işləyən və öz işinə, pasiyentlərə nifrət edən kəslərin adı nədir?"

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Əməkdar artist Səbinə Babayeva "Instagram" hesabında yazıb.

Müğənni təcili yardımdan şikayətlənib: "Qoca adamlar xəstələnib öz evlərində günlərlə 103-ə zəng edirlər, "siz 39-cusunuz xəttə gözləyin" eşidirlər, onlar nə sahə həkimindən müalicə görür, nə dərman... Heç bir diqqət görmürlər. Uşaq xəstələnir zəng edirsən həkimə, deyir bizdə protokol yoxdur, özün dərman verərsən. Cavan isə xəstələnsə, o halda gedib öz ayağıyla, öz puluna test etməlidir. Çünki 103 yalnız 3 gün ərzində gəlir və təbii ki, öz puluna da dərman almalısan...

Mənim və bir çoxlarının buna imkanı çatar. Biz qayğımıza qalıb özümüzü sağaldırıq, amma hörmətli səhiyyə işçiləri, biz bunu etməməliyik. Bizim insanlar bu cür dərtlə tək qalmamalıdır. Bizim çoxumuz bu səhiyyə işçilərindən boğaza yığılmışıq. COVID-19 insanları məhv edir, siz isə adicə operator sayını artırmırsınız, pulsuz dərman paylamırsınız.

Təcili yardım maşınlarına adi "kardioqrama" aparatı qoya bilmirsiz ki, adam bilsin infarkt olub, ya yox. Bu ağır günlərdə millətə əl uzatmırsınız".

Xəbər lenti
0