CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxıstan prezidenti Fərhad Abdullayevi təltif etdi

© REPORTFərhad Abdullayev
Fərhad Abdullayev - Sputnik Azərbaycan
Abunə olmaq
Diplomat işğal olunmuş ərazilərin azad edilməsi, həmin ərazilərdə Konstitusiya nəzarətinin və qanuniliyin, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında bərpa edilməsi ilə əlaqədar öz təbriklərini çatdırıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qazaxıstanın II dərəcəli "Dostık" (Dostluq) ordeni ilə təltif edilib.

Qazaxıstanın Bakıdakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, F.Abdullayev konstitusionalizm ideyaları və prinsiplərinin inkişafına, Qazaxıstanın və Azərbaycanın konstitusional orqanları və xalqları arasında mövcud olan dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə görə təltif olunub.

Qazaxıstanın Bakıdakı səfiri S.Abdıkarimov F.Abdullayevə medalı təqdim edib.

Diplomat Azərbaycan Konstitusiyasının 25 illiyi və işğal olunmuş ərazilərin azad edilməsi, həmin ərazilərdə Konstitusiya nəzarətinin və qanuniliyin, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında bərpa edilməsi ilə əlaqədar öz təbriklərini çatdırıb.

Səfir, həmçinin, qardaş ölkələrin və xalqların rifahı naminə Azərbaycan Konstitusya Məhkəməsinin rəhbərliyinə və kollektivinə Qazaxıstan Konstitusiya Şurası ilə ikitərəfli və çoxtərəfli formatda uzunmüddətli əməkdaşlığa və faydalı tərəfdaşlığa görə təşəkkür edib.

Xəbər lenti
0