CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan təhlükədən qaçmaq üçün bir yol tapıb - Hələliksə min illərin kabusu ilə üz-üzə

© AFP 2023 / ROMEO GACADМужчина с пакетом в руке, фото из архива
Мужчина с пакетом в руке, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Təsəvvür edin, hər gün adambaşına bir plastik torbanın istehlakı il ərzində milyarddan artıq plastik torbanın istehlakı deməkdir. Bunun təxminən 99 faizi tullantı şəklini alır ki, bu da çox təhlükəli bir mənzərə ortaya çıxarır" - Minayə Ələkbərli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Bu gün dünyanın əksər ölkələri artıq plastik mıhsullardan, eyni zamanda da dünya üçün böyük kabusa çevrilən polietilen torbalardan imtina edir. Azərbaycanda da artıq bir neçə ildir ki, bu məsələ gündəmdə qalsa da, bu günədək konkret həllini tapmayıb. Son olaraq Milli Məclisin iclasında bu məsələ yenidən müzakirəyə qoyuldu. "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə təklif edilən dəyişikliklərlə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacağın sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması, verilməsi qadağan edilir. Bu Qanunun müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Использованная защитная маска, брошенная на пляже, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik

Göründüyü kimi, artıq ölkəmizdə də plastiklərin qadağası başlanır.

Bu qadağaların daha effektiv olmasında insan faktorunun rolu danılmazdır. Bunun üçün öncə onun zərərləri haqda məlumatlı olmalıyıq.

Ekoloq Minayə Ələkbərli Sputnik Azərbaycan-a açıqlamasında plastiklərin zərərlərindən bəhs edib: "1965-ci ildən həyatımıza daxil olan plastiklərə ötən əsrin 80-ci illərindən daha böyük meyl müşahidə olunub ki, bunun da əsas səbəbi daha səmərəli və istifadəsinin pulsuz olması ilə izah olunur. Lakin təbiətin dostu olan insanlar zamanla onun zərərləri haqda düşünməyə başladılar. Tədqiqatçı, dənizçi Çarl Morqan bu istiqamətdə araşdırma aparan ilk tədqiqatçılardan oldu. O, Şimal Buzlu okeanda nəhəng plastik tullantının dəniz həyatına təsirini öyrənmiş, bir sıra canlıların bu torbaları yeyərək məhv olmasının şahidi olmuşdu. Artıq dəniz heyvanlarının sayında da ciddi azalmalar müşahidə olunmaqda idi. Beləcə, plastik torbaların zərərləri öyrənildikcə zamanla ABŞ-ın bəzi ştatlarında qadağan olunmağa başladı. Artıq bir sıra Avropa ölkələri - Hollandiya, Almaniya və digərləri də bu torbalardan imtina etməyə başladılar".

Ekoloq deyir ki, plastik torbaların təbiətdə məhvolma prosesi nəinki 100 illər, bəzən də 1000 illərlə zaman alır. Lakin təhlükə bununla da bitmir. Ən dəhşətli mərhələ bundan sonra başlayır:

"Bu torbalar həll olunduqda heyvanların qidalarına daxil olaraq onların məhvinə səbəb olmaqla yanaşı, eyni zamanda da torpaq qatına təsir etmiş olur. Bununla torpağın mineral qatına qarışaraq qida zənciri vasitəsilə bizim də həyatımıza daxilolma ehtimalı artır. Bu isə təbii ki, səhhətimiz üçün təhlükəlidir, müəyyən toksiki təsirlər göstərir. Hansı ki, bu təsir daha uzun müddət də özünü göstərə bilir.

Bütün dünyada olduğu kimi, Azərbaycada da bu zərərin qarşısını almaq üçün, düşünürəm ki, müəyyən alternativlər tapılmalıdır. Plastik torbalar üçün ən yaxşı əvəzləyici, məncə, parçadan hazırlanan torbalardır. Lakin qeyd edim ki, tullantıların idarəolunmasında insan faktorunun rolu danılmazdır. Təbii ki, bunun həm mənfi, həm də müsbət tərəfləri var. Zərərin azaldıması üçün plastiklərin əvəzediciləri tapılmalı və onlardan yararlanılmalıdır".

Мужчина с пакетом в руке, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Can rahatlığı"na əlvida: nə torba olacaq, nə çəngəl-qaşıq

"Əks halda, bizi böyük təhlükə gözləyə bilər. Gəlin, təxmini hesablayaq. Təsəvvür edin, hər gün adambaşına bir plastik torbanın istehlakı il ərzində milyarddan artıq plastik torbanın istehlakı deməkdir. Bunun təxminən 99 faizi tullantı şəklini alır ki, bu da çox təhlükəli bir mənzərə ortaya çıxarır", - deyə o əlavə edir.

M.Ələkbərli qeyd edir ki, müəyyən qədər neft məhsulları hesabına yaranan bu torbalar mühit dəyişdikdə, yəni ya aşağı, ya da yüksək temperatur altında olduqda belə onun toksiki-zərərli təsirləri bir daha ortaya çıxır: "Günümüzün kabusuna çevrilən xərçəng xəstəliyinin yaranmasında da biz bu cür zərərli təsirləri görə bilərik".

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev açıqlamasında ətraf mühiti qorunmaq üçün hamının yeni qaydalara əməl etməli olduğunu deyib:

“Artıq uzun illərdir, Avropada və əksər inkişaf etmiş ölkələrdə həm plastik qabları, həm də polietilen torbaları bioloji materiallardan hazirlanmış məhsullar əvəz edir. Əgər xatırlayırsınızsa, sovet dönəmində kağız və ipdən hazırlanmış torbalardan da geniş isifadə edilirdi. Düşünürəm ki, marketlərdə və digər iaşə obyektlərində bioloji materiallardan hazırlanmış torbalar və birdəfəlik istehsal üçün nəzərdə tutulan məhsullar təklif ediləcəkdir”.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının 26 noyabr tarixində keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Məcəlləyə yeni - 275.4 və 275.5–ci maddələr əlavə olunub. 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsal, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcəklər. Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Xəbər lenti
0