16:09 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
32 0 0

Sənədə edilən dəyişikliklər qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur

BAKI, 30 noyabr — Sputnik. Noyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə onlayn iclasa qatılanları torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbrik edib. O, sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumlarına qarşı əks-hücuma başlayan müzəffər Ordumuzun tarixi qələbəsindən söhbət açıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik siyasəti, güclü iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sonunda kapitulyasiyaya məcbur edilməsinin xalqımıza xüsusi qürur yaşatdığını deyib. Bəxtiyar Əliyev şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə şəfa diləyib.

Onlayn iclasda Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qəbul etdiyi qətnamədən, bunun Azərbaycanın tarixi-mədəni irsinin, təbii resurslarının məhv edilməsinə görə Ermənistanı gözləyən ağır sanksiyalardan işğalçı dövləti qorumaq cəhdi olduğundan danışılıb.

Sonra komitədə "Təhsil haqqında" qanun layihəsinə dəyişiklik edilməsi barədə məsələ müzakirə edilib. Bəxtiyar Əliyev qanuna təklif olunan dəyişikliklər haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, sənədə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Layihədə təhsil haqqında dövlət sənədlərinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" üzərindən formalaşdırılmasının təklif edildiyi qeyd olunub.

Onlayn iclasda "Bədən tərbiyəsi və idman haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənəd də müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi" üzərindən formalaşdırılması məqsədilə hazırlandığını diqqətə çatdırıb.

İclasın sonunda qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Əsas mövzular