06:25 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
19230

Bakı zooparkının direktoru yaxın vaxtlarda şəhərin sakinlərinə və qonaqlarına təqdim olunacaq qeyri-adi yeniliklərdən danışıb.

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Bakı zooloji parkının ərazisində ilk dəfə olaraq nəhəng akvaterrarium tikiləcək. Sputnik Azərbaycan-a bu barədə Bakı zooparkının direktoru Azər Hüseynov məlumat verib.

Hazrıda zoopark bərpa mərhələsindədir, oradakı heyvanlar isə paytaxtın Qaradağ rayonundakı müvəqqəti qəfəslərə köçürülüb.

“Hazırda akvaterrariumda iş gedir. Onu Moskvanın Avrasiya zooparklar və akvariumlar assosiasiyasının üzvü olan “Akva Loqo” şirkəti tikir. Akvaterrariumda timsahlar, kaymanlar, ilanlar, varanlar yaşayacaq. Sonra müxtəlif növ balıqlar üçün iki iri akvariumun tikilməsi də plandadır”, - Hüseynov bildirib.

O qeyd edib ki, indiyədək Azərbaycanda nəhəng akvarium olmayıb.

Direktor deyib ki, özü hələ konstruksiyasını görməsə də, onun nəhəng olacağından şübhəsi yoxdur.

“Dəhliz formasında xüsusi müşahidə hissəsi tikiləcək. Əmin edirəm ki, çox gözəl olacaq”, - zooparkın direktoru əlavə edib.

Yaxın günlərdə xüsusi “elektroçoban” sisteminin quraşdırılması nəzərdə tutulub. Vəhşi heyvanlar, məsələn, şirlər, tezliklə açıq səma altında dolaşa biləcəklər. İçindən elektrik cərəyanı keçən xüsusi qorxuducu sistem onlara ziyarətçilərə yaxınlaşmağa imkan verməyəcək.

Rusiya zooparkına məxsus şirin skeleti yarım əsrdir Gəncədə saxlanır – video
© Sputnik / Rahim Məmmədov / Kamilla Əliyeva / Leyla Orucova

Rusiyalı mütəxəssislərin ardınca Azərbaycana Çindən olan işçilər gələcəklər, onlar qəfəslər üçün torları çəkəcəklər.

Hüseynovun sözlərinə görə, yenilənmiş zooparkda tezliklə yeni heyvanlar da görə biləcəyik. Azərbaycana artıq əfilər, kaymanlar, ilanlar və Rusiyadan iki pələng gətirilib. Yaxın zamanlarda Tbilisi zooparkından zebra da gətiriləcək.

Yeni zooparkın tikintisi hələ 2018-ci ildə IDEA İctimai Birliyinin dəstəyi ilə başlayıb. Bərpa təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur.

Yenilənmiş zooparkın ərazisi iki hektar böyüyəcək – 2.25-dən 4.25-dək. Bunun sayəsində heyvanların qəfəsləri də genişlənəcək və təbii mühit şəraitinə daha yaxın olacaq. 

Hüseynovun sözlərinə görə, Bakının sakinləri və qonaqlarını möhtəşəm sürpriz gözləyir: zooparka yeni növ ekzotik heyvanlar gətiriləcək. Bunlar arasında Avstraliya, Amerika və Afrika faunasının nümayəndələri də ola bilər.

Teqlər:
fauna, Amerika, Afrika, Avstraliya, elektroçoban, əfi ilan, kayman, timsah, akvaterrarium, Bakı Zooloji Parkı, Bakı

Əsas mövzular