CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbərdarlıq: Sabaha yağış, qar gözlənilir

© Sputnik / Shahperi AbbasovaZaqatala, Şəki və Qax rayonlarına qar yağıb
Zaqatala, Şəki və Qax rayonlarına qar yağıb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

BAKI, 26 noyabr — Sputnik. Sabah gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Xəbər lenti
0