14:37 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
54 0 0

Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyə üçüncü oxunuşda baxılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş).

2. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" qanun layihəsi barədə (üçüncü oxunuş).

3. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. "Ətraf mühitin mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş).

5. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (üçüncü oxunuş).

6. "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında.

7. Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında.

Teqlər:
medallar, avtomobil, qanun layihələri, iclas, Milli Məclis

Əsas mövzular