22:29 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
CƏMİYYƏT
Qısa URL
40 0 0

"Pandemiya bu gün hər kəsi narahat edir. İnsanlar testin qiymətinin çox olduğunu nəzərə alaraq testdən keçmirlər. İmkanı olmayanlar ona görə də müraciət etmirlər".

BAKI, 24 noyabr — Sputnik. "Pandemiya bu gün hər kəsi narahat edir. İnsanlar testin qiymətinin çox olduğunu nəzərə alaraq testdən keçmirlər. İmkanı olmayanlar ona görə də müraciət etmirlər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, koronavirus testinin qiymətinə yenidən baxılmalıdır.

O, metronun işləməməsinə də toxunub:

"Digər tərəfdən, metronun fəaliyyəti dayanıb. Avtobuslara minmək mümkün deyil. Hesab edirəm ki, metro işləsə, işi asanlaşdırar. Xahiş edirəm aidiyyəti qurumlar bu işləri nəzərə alsınlar".

S.Rüstəmxanlının çıxışına münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, bu testlər dövlət tərəfindən pulsuz həyata keçirilir.

Əsas mövzular