CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı ilə Moskva arasında müntəzəm çarter reyslər başlanır

© Sputnik / Ilya Naymushin / Mediabanka keçidПассажирские самолеты Boeing 737-800 авиакомпании "Аэрофлот"
Пассажирские самолеты Boeing 737-800 авиакомпании Аэрофлот - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əlavə, "SkyUp Airlines" aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək

BAKI, 23 noyabr — Sputnik. Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur.

Bu barədə Sputnik Azərbaycan-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, "SkyUp Airlines" aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.

Qeyd etməliyik ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaqlar.

Xəbər lenti
0