CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Badamdarda sürüşmə güclənə bilər - RƏSMİ

© Sputnik / Irade JELILBadamdarda vəziyyət, 5 fevral 2020
Badamdarda vəziyyət, 5 fevral 2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumiyyətlə, sürüşmə proseslərinin inkişaf etdiyi sahələrdə yağışların intesivləşməsi ilə adətən gərginlik formalaşır.

BAKI, 21 noyabr — Sputnik. Noyabrın 17-də Badamdar şosesi ətrafında sürüşmə baş vermişdi. Yağan yağışlar nəticəsində kiçik asılı kütlə qoparaq yola tökülmüşdü. Havanın yağışlı olması ilə əlaqədar bu gün əraziyə baxış keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, mövsümi xarakterli proseslər orada gərginlik formalaşdıra, yağışın davam etməsi vəziyyəti gərginləşdirə bilər. O, əlavə edib ki, bu sahədə davamlı bərkitmə işləri görülür:

" Yağışların çox olması səthi prosesləri sürətləndirir. Ümumiyyətlə, sürüşmə proseslərinin inkişaf etdiyi sahələrdə yağışların intesivləşməsi ilə adətən gərginlik formalaşır. Biz davamlı olaraq ərazini nəzarətdə saxlayırıq".

Xəbər lenti
0