BAKI, 20 noyabr — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah həftəsonu taksilərin işləməməsi ilə bağlı yekun qərar verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Operativ Qərargahın müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin siyahısında adı olmadığı üçün taksi xidməti işləməyəcək.