10:33 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
65 0 0

Nazirlər Kabineti şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb, həmin siyahıda taksi xidməti yoxdur

BAKI, 19 noyabr — Sputnik. Həftə sonları fəaliyyətinə qadağa qoyulan xidmət sahələrindən biri də taksilərdir. Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb, həmin siyahıda taksi xidməti yoxdur.

Beləliklə, həftə sonları metro və ictimai nəqliyyatla yanaşı, taksi xidməti də fəaliyyət göstərməyəcək. Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından ölkədə yeni qadağaların tətbiq edilməsinə qərar verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, karantin rejimi 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək uzadılır.

Teqlər:
Karantin rejimi, xidmət, taksi

Əsas mövzular