10:37 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1310

Prezidentin köməkçisi bildirib ki, hərbi müalicə mərkəzlərində koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür.

BAKI, 19 noyabr — Sputnik. "Son brifinqlər əsasən Vətən Müharibəsinə həsr olunurdu. Amma COVID-19 cəbhəsindəki düşməni də unutmamalıyıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib. H.Hacıyev bildirib ki, qonşu ölkələr - Rusiya, Türkiyə, Gürcüstanda yüksək yoluxma tendensiyası müşahidə olunur:

"Bu, ölkəmizi də narahat edir. Azərbaycanda da gündəlik əsasda yoluxma sayları 2 mindən çoxdur, ölüm sayları artıb. Ölkəmizin tibb sistemi əsasən yaralı əsgərlərimizin sağaldılmasına həsr olunduğundan, COVID-ə yoluxma bizi narahat edir. İntensiv terapiya yerlərinin məhdudlaşması bizi karantin rejiminin sərtləşdirilməsinə gətirib çıxardı. Sərtləşdirmə 21 noyabrdan etibarən qüvvəyə minəcək".

H.Hacıyev bildirib ki, şəxsi heyətdə yoluxma halları özünü xüsusi büruzə verməyib. O qeyd edib ki, hərbi çağırışçılar da xüsusi testdən keçirilir ki, virus hərbi hissələrdə yayılmasın: "Vətən Müharibəsində qalib olduğumuz kimi koronavirusla mübarizədən də qalib çıxmalıyıq".

O bildirib ki, hərbi müalicə mərkəzlərində koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür.

Teqlər:
Rusiya, Gürcüstan, Koronavirus, epidemiya, COVID-19, təkrar yoluxma, yoluxma, Silahlı Qüvvələr, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev, Hikmət Hacıyev

Əsas mövzular