CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsgər ailəsinin qaz problemi həll olundu

© Sputnik / Elvin AhmadГазовая плита
Газовая плита - Sputnik Azərbaycan
Abunə olmaq
"Birliyin rəhbərliyi bu əsgər ailəsinin qazla təchizatını üzərinə götürməklə bu gün çox qısa vaxt ərzində Lənkəran Regional Qaz İstismarı İdarəsinə qazlaşma işlərinin aparılmasını tapşırıb. Artıq haqqında danışılan ailə qazdan istifadə edir" - "Azəriqaz" İB

BAKI, 19 noyabr — Sputnik. Bu gün sosial şəbəkələrdə Astara rayonu Şiyəkəran kəndindən olan əsgər Vüqar Xudaverdi oğlu Əmrayevin video müraciəti yayımlanıb. Müraciətdə bildirilir ki, o, ailəlidir, iki övladı var, könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına qoşulub. Sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, onun yaşadığı fərdi yaşayış evindən qaz sayğacı sökülərək aparılıb və ailəsi soyuq havada qazsız qalıb.

"Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin göstərişi ilə məsələ dərhal nəzarətə götürülüb. Bu barədə "Azəriqaz" İB-dən Sputnik Azərbaycan-a vrilən məlumatda deyilib: "Məlum olub ki, bu ailə ümumiyyətlə qazdan istifadə etmir, abonentimiz deyil və sözsüz ki, sayğacları da yoxdur. Məlumatda yanlışlığa yol verilib. Lakin buna baxmayaraq Birliyin rəhbərliyi bu əsgər ailəsinin qazla təchizatını üzərinə götürməklə bu gün çox qısa vaxt ərzində Lənkəran Regional qaz istismarı İdarəsinə qazlaşma işlərinin aparılmasını tapşırıb. Artıq haqqında danışılan ailə qazdan istifadə edir".

"Hər kəsdən xahiş edirik ki, bu və ya digər hallarda qaz təsərrüfatına dair məlumatlar paylaşılmazdan öncə "Azəriqaz" İB-nin mövqeyini öyrənəsiniz", - deyə "Azəriqaz" İB-nin məlumatında bildirilib.

Məlumata əsgər Vüqar Əmrayevin atası Xudaverdi Əmrayevlə söhbətin video materialını əlavə edirik.

Xəbər lenti
0