06:43 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
45 0 0

Natavan Həbibi 2018-ci ilin əvvəllərində yenidən KİV vasitəsilə bəyan etmişdi ki, evliliyini qorumaq üçün ərinə daha bir şans vermək niyyətindədir

BAKI, 19 noyabr — Sputnik. Şou biznesin məşhur simaları - müğənni Natavan Həbibi və reper Dado (Səid Əliyev) boşanıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda müğənninin əri, repçi Dado özünün "Instagram" hesabında yazıb və ailəsinin dağılmasına heyfsləndiyini bildirib: "Çox heyif! Biz boşandıq". Repçinin bu paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən qınanılıb.

View this post on Instagram

A post shared by Said Aliyev (@vipdado)

Natavan Həbibi isə bu barədə heç bir məlumat paylaşmayıb.

Qeyd edək ki, Natavan və Dado 3 il əvvəl ailə qurublar və toyu özəl olaraq 17.07.2017 tarixində ediblər. Elə həmin ilin sonlarında Həbibi KİV və sosial şəbəkələr vasitəsilə boşanmaq qərarı verdiklərini açıqlamışdı. Lakin 2018-ci ilin əvvəllərində o, yenidən KİV vasitəsilə bəyan etmişdi ki, evliliyini qorumaq üçün ərinə daha bir şans vermək niyyətindədir. Cütlüyün bu evlilikdən Zeyd adlı bir oğlu var.

Teqlər:
sosial şəbəkələr, müğənni, Evlilik, Boşanma

Əsas mövzular