07:47 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
37 0 0

Yağıntının intensivliyi nəticəsində relyefə nisbətən hündür ərazilərdə toplanan səth sularının çökək ərazilərə axıb toplanması müşahidə edilib. Mövcud sistemlərin gücü böyük həcmdə suyu eyni anda daşımağa imkan verməyib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. "Noyabrın 16-da səhər saatlarından Abşeron yarımadasına yağan intensiv yağıntılar zamanı "Azərsu" ASC-nin mövcud kanalizasiya infrastrukturu, daşıyıcı tullantı su xətləri, kollektorlar, nasos su stansiyaları fasiləsiz pik rejimində işləyib. Eyni zamanda cəmiyyətin müvafiq sturukturları da gücləndirilmiş iş rejimində işləyib. İntensiv yağıntılar daha çox şəhərin şərq hissəsində Nizami, Xətai, Sabunçu rayonlarında müşahidə olunub".

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

O qeyd edib ki, nəticədə həmin rayonlarda, eləcə də Xırdalan şəhərində bəzi yerlərdə su yığılmaları müşahidə olunub.

Belə hallar Nizami rayonu Mehdi Abbasov və ətraf küçələrdə, Babək prospektinin bəzi ərazilərində, Xətai rayonunun Nobel prospektinin bəzi hissələrində, Bakıxanov, Qaraçuxur, Suraxanı, Əmircan qəsəbələrində nisbətən çökək hissələrində rast gəlinib.

Yağıntının intensivliyi nəticəsində relyefə nisbətən hündür ərazilərdə toplanan səth sularının çökək ərazilərə axıb toplanması müşahidə edilib. Mövcud sistemlərin gücü böyük həcmdə suyu eyni anda daşımağa imkan verməyib.

"Hadisə yerində olmuş əməkdşalarımızın verdiyi məlumata görə, balansımızda olan yağış barmaqlıqları, tullantı suları və kollektorları tam işlək vəziyyətdə olub. Səth sularının böyük əksəriyyətini daşıyıb. Yağışın intensivliyi azaldıqdan qısa müddət sonra yolların hərəkət hissəsinə toplanan sular tam çəkilib. "Azərsu" ASC-nin mövcud kanalizasiya sistemləri tam gücləndirilmiş rejimdə fəaliyyət göstərib. Hazırda həmin rejim tətbiq olunur", - deyə Anar Cəbrayıllı bildirib.

Teqlər:
Əmircan qəsəbəsi, Bakıxanov, nasos, Anar Cəbrayıllı, Nizami rayonu, Xırdalan şəhəri, "Azərsu" ASC, su, Yağış

Əsas mövzular