CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxmada artım bu sərtləşdirmələrə səbəb ola bilər

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Koronavirusa yoluxmanın artması yəqin ki yaxın aylarda qapanmalarla bağlı qərarların verilməsinə səbəb olacaq. Əks halda virusa gündəlik yoluxmanın beş minə çatması mümkündür"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Azərbaycanda koronavirusa yoluxma kəskin artır. Noyabrın 15-ə olan məlumata görə, koronavirus (COVID-19) infeksiyasına 2259 yeni yoluxma faktı qeydə alınıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Qeyd edək ki, artıq bir sıra mərkəzi Avropa ölkələrində karantin qaydalarının sərtləşdirilməsinə başlanıb. Bəs görəsən Azərbaycanda koronavirusa yoluxma səbəbindən karantin qaydaları yenidən sərtləşdirilə bilərmi?

Медик в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Qaxda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxmanın iki mini keçməsi artıq karantinin sərtləşdirilməsi üçün siqnaldır: "Sözsüz ki, koronavirusa yoluxmada kəskin artımın olması karantin tələblərinin sərtləşdirilməsinə səbəb olacaq. Çünki, Azərbaycanda bu rəqəmin bu templə gündəlik üç mini keçməsi də gözləniləndir".

Ə. Rüstəmin sözlərinə görə, bu gün ölkəmizdə koronavirusa yoluxma maskasız gəzmək və insanların bir-biriləri ilə sosial məsafə saxlamadan sıx təmasda olmasından artır: "Əhalinin çoxu maskadan istifadə etmir. Bəzən maska taxanlar avtobusa minən kimi maskanı çıxardırlar. Maskadan ümumiyyətlə istifadə etməmək və düzgün itifadə etməmək virusa yoluxmanı artırır. Digər səbəb isə odur ki, insanlar pandemiya dövründə virusun yayılmasına baxmayaraq bir-biriləri ilə görüşüb-öpüşürlər. İctimai nəqliyyatda, restoran və kafelərdə karantin qaydaları kobud şəkildə pozulur. Ona görə də, virusa yoluxmanın daha da artacağı qaçılmazdır".

Həmsöhbətimiz bildirir ki, karantin şərtləri sərtləşdirilərsə, buna restoran və kafelər, eləcə də bərbərxana və gözəllik salonlarından başlamaq lazım gələcək: "Hazırda Nazirlər Kabinetinin qərarına görə iri ticarət mərkəzləri, təhsil müəssisələri qapalıdır. Belə davam edərsə virusa yoluxmanı artıran restoranların bağlanacağı, bərbərxanaların fəaliyyətini dayandıracağını gözləmək lazımdır. İctimai nəqliyyatda və mağazalarda isə sərtləşdirmə tədbirləri çərçivəsində nəzarət gücləndirilməlidir.Koronavirusa yoluxmanın artması yəqin ki yaxın aylarda qapanmalarla bağlı qərarların verilməsinə səbəb olacaq. Əks halda virusa gündəlik yoluxmanın beş minə çatması mümkündür".

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda koronavirusdan ölüm yüksəlir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ) Azərbaycandakı nümayəndəliyinin isə proqnozu nikbindir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, onlar ölkə üzrə tam qapanmaya getməyə ehtiyac yaranmayacağına ümidlidirlər: "Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və ölkə üzrə tam qapanmaya getməyə ehtiyac yaranmayacaq. Hazırda Azərbaycanda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yeni yanaşmalardan istifadə olunur. Bu, hökumətin məhəllələrdə və kəndlərdə vəziyyəti yaxından izlədiyini göstərir. Virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır. Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla və kütləvi məkanlara getməkdən çəkinməklə özümüzü və yaxınlarımızı qoruya bilərik"deyə H. Harmançı bildirib.

Baş infeksionist Təyyar Eyvazov Sputnik Azərbaycan-a bildirib ki, koronavirusa yoluxmada artım dünyanın əksər ölkələrində müşahidə olunur: "Hətta koronovirusa yoluxma Azərbaycandan əvvəl qeydə alınan ölkələrdə də stabilləşmə müşahidə olunmur. Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq. Pik nöqtəyə çatanda yoluxma sayları yüksək rəqəmlərlə davam edəcək, xəstəlikdən sağalanların sayı da artacaq. Bir müddət bu stabilləşmə dövrü davam edəcək, ondan sonra karantin tədbirlərinin lazımı səviyyədə yerinə yetirildiyi təqdirdə azalmalar olacaq. Nə vaxt olacağını demək çətindir.Yəqin ki, noyabrın sonları və dekabr ayı bu suala müəyyən aydınlıq gətirər. İndidən proqnoz vermək çətindir".

Xatırladaq ki, indiyədək ölkədə ümumilikdə 75 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib, aktiv xəstə sayı 19 571 nəfərdir.

Xəbər lenti
0