CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbrayılda ilk qayda pozuntusu, sürücü və beş sərnişin saxlanılıb

© Sputnik / Rahim MuradovŞağlakücə postu
Şağlakücə postu - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq RPŞ-yə gətiriliblər. Rayon məhkəməsi tərəfindən onlar hər biri 200 manat məbləğində cərimə olunublar.

BAKI, 16 noyabr — Sputnik. Noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan "Toyota" markalı avtomobilə saxla işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq RPŞ-yə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 517-2.6-cı (Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə) maddələri ilə protokollar tərtib olunub.

Rayon məhkəməsi tərəfindən onlar hər biri 200 manat məbləğində cərimə olunublar.

Xəbər lenti
0