23:06 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
33 0 0

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 17-də Abşeron yarımadasında tutqun və yağmurlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 16 noyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Noyabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-15, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 17-də Abşeron yarımadasında tutqun və yağmurlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Teqlər:
qar, hava, Abşeron yarımadası, Bakı, Yağış

Əsas mövzular