CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yollarda sürət həddi endirildi

© Baku Transport AgencyAeroport yolu, arxiv şəkli
Aeroport yolu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı magistrallarında zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

BAKI, 16 noyabr — Sputnik. Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı magistrallarında zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, məqsəd hərəkət təhlükəsizliyini təmin etməkdir:

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meterioloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla yanaşmalarını xahiş edirik.

Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

Məlumat üçün onu da qeyd edək ki, hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də bəzi istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb".

Həmçinin bildirilib ki, xüsusi ilə bu cür hava şəraitində avtobusların hərəkətinə maksimum dərəcədə şərait yaradılmasının zəruridir.

Xəbər lenti
0