CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda dezinfeksiya edilən küçələrin sayı bilindi

© The Executive Power of the Baku CityBakı parklarında dezinfeksiya işləri
Bakı parklarında dezinfeksiya işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

BAKI, 14 noyabr - Sputnik. Son günlər koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq noyabrın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtın ərazisindəki əsas küçə, prospekt və yollarda, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfərdən çox işçinin köməyi ilə artıq 16-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Xəbər lenti
0