10:46 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
85 0 0

Cəmiyyətimizin müharibədə qazandığımız zəfərdən sonra belə bir humanist qərarın verilməsini gözləməsi təbiidir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Azərbaycanda II Qarabağ müharibəsində qazandığımız zəfərlə bağlı Amnistika aktı qəbul oluna bilər. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev söyləyib. O bildirib ki, ölkə əhəmiyyətli böyük hadisələrdən sonra belə humanist qərarların qəbulu gözləniləndir:

"Mühüm hadisələrdən sonra cəmiyyətin bütün təbəqələrini ifadə edən qərarlar qəbul olunur. Ona görə də cəmiyyətimizin müharibədə qazandığımız zəfərdən sonra belə bir humanist qərarın verilməsini gözləməsi təbiidir. Böyük Vətən müharibəsini qələbə ilə başa vuran Ordumuz onların adı ilə bağlı olan humanist bir aktın Ali Baş Komandanımız tərəfindən imzalanmasını sevinc və qürurla qarşılayarlar və buna layiqdirlər. Ona görə də böyük əfv sərəncamının prezidentimiz tərəfindən verilməsi istisna deyil. Çünki İlham Əliyevin humanist davranışları müharibədə də özünü göstərdi. Mən özüm də çox şad olardım ki, müharibəni qələbə ilə başa vurmağımız münasibətilə veriləcək əfv sərəncamının hazırlanması prosesində iştirak edim. Ola bilər ki, bu münasibətlə Aministiya aktı da qəbul olunsun. Çünki, bilirsiniz ki, torpaqlarımızın işğaldan azad edilməsi prosesi davam edir. Şuşadan sonra böyük təntənələr davam edir. Mən də inanıram ki, bu qələbənin bütün tərəfləri qəbul ediləcək qərarlarla tamamlanacaq. Bu qələbə bizə mühüm qərarların qəbulu üçün bir açar oldu". 

Ə.Nuriyev onu da qeyd edib ki, İkinci Qarabağ müharibəsi münasibətilə əfv sərəncamı imzalanarsa, bu sayca 35-ci əfv olacaq. Amnistiya aktı qəbul olunarsa, bu sayca 12-ci Amnistiya aktı olar.

Əsas mövzular