CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tıxacların "nasaz" səbəbləri - Onları bir qərarla aradan qaldırmaq olar

© Sputnik / Irade JELILBakıda vəziyyət
Bakıda vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
İstismar müddətini, istifadə müddətini - ömrünü başa vurmuş avtomobillərin sayı çox olsa da, dövlət tərəfindən olan hərəkəti ilə bağlı hər hansı bir məhdudiyyət tətbiq edilmir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Yağışlı havalarda avtomobillərin daha asta sürətlə hərəkət etməsi ilə yanaşı, texniki cəhətdən saz olmayan avtomobillərin xarab olaraq yolda qalması tıxaclara səbəb olur. Və bu tıxaclar bəzən saatlarla davam edir. Ölkə qanunvericiliyndə texniki cəhətdən saz olmayan avtomobillərin hərəkəti ilə bağlı məhdudiyyətlər var. Ancaq sürücülər bu məhdudiyyətləti nəzərə almayaraq, yollara çıxırlar.

Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Nasaz əyləc sistemi bir neçə nəfərin xəsarət almasına səbəb oldu

Belə hadisələr daha çox nəqliyyatın çox olduğu küçə və prospektlərdə, Neftçilər, Ziya Bünyadov, Heydər Əliyev prospektlərində daha çox müşahidə edilir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə qanunverciliyi ilə hər hansı ilin istehsalı olan avtomobillərə məhdudiyyət qoyulmayıb. Amma avtomobillərin texniki nasazlığı ilə bağlı qanunverciliyə görə, istismarının dayandırılması qaydası var.

"Yəni, avtomobilin işıq cihazları, mühərrik sistemi, digər detalları, hətta şüşəsilənləri belə saz vəziyyətdə deyilsə, həmin avtomobilin istismarı yol polisi tərəfindən dayandırıla bilər. Həmin avtomobil duracağa aparılır. Orada nasazlıq aradan qaldırıldıqdan sonra hərəkətinə icazə verilir", - deyən ekspert vurğulayıb ki, xarici yaxşı vəziyyətdə olan, ancaq daxili nasazlıqları çox olan avtomobillər çoxdur.

İstismar müddətini, istifadə müddətini - ömrünü başa vurmuş avtomobillərin sayı çox olsa da, dövlət tərəfindən olan hərəkəti ilə bağlı hər hansı bir məhdudiyyət tətbiq edilmir.

Karantin günləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Anlayış və təhlükəsizlik zamanı: bir dərdimiz tıxacdırsa, o biri də azlıqdır

"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda bu məsələlər yer alıb.

Qeyd edilib ki, belə nəqliyyat vasitələri hər hansı bir formada istismardan yığışdırılmalıdır.

"Biz də belə avtomobilləri olan şəxslərin nəzərə alınmasını təklif etmişik. Bu şəxslərin avtomobillərini istismardan yığışdırıb, Azərbaycan istehsalı olan avtomobilləri kreditlə vermək olar və yaxud da həmin şəxslərə şərait yaratmaq olar ki, xarici ölkələrdən avtomobil gətirə bilsinlər. Məəslən Gürcüstandan 3-4 min manata avtomobil almaq mümkündür. Ancaq həmin avtomobili Azərbaycana gətirəndə qiyməti 10 min manatı keçir", - deyə ekspert bildirib.

E.Muradlı əlavə edib ki, vətəndaşlara hər hansı bir formada zərər vurmadan həmin avtomobilləri istismardan yığmaq lazımdır.

Bu gün texniki cəhətdən nasaz olan avtomobillərə görə, vətəndaşlar saatlarla tıxaclarda qalmalı olurlar.

"Yolun ortasında mühərrikləri sönür, qaynadır, tüstüləyir. Yolda hərəkəti məhdudlaşdırır. Yüzlərlə insan bir nəfərə görə narahat olur", - deyə Muradlı bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət etmişdi.

Затопление на дорогах Баку после дождя - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yağış, sürət, tıxac və cəbhəyə gedən yardımlar - diqqətli olmaq lazımdır

Qeyd edilmişdi ki, paytaxt yollarında günün əsasən pik və qeyri-pik saatlarında tıxac və sıxlıq hallarının yaranmasının bir səbəbi də nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalmasıdır.

Və bu kimi hallar son zamanlar özünü daha qabarıq formada göstərir. Belə ki, gün ərzində əsas nəqliyyat yükü olan küçə və prospektlərdə ən az 2-3 belə hal müşahidə olunur.

Hər bir nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması digər avtomobillərin hərəkətində ləngimələrə səbəb olur ki, nəticədə tıxac və sıxlıq halları qaçılmaz olur. Bu zaman ən çox əziyyəti isə ictimai nəqliyyat istifadəçiləri çəkirlər: "Bunu nəzərə alaraq sürücülərə tövsiyə edirik ki, texniki baxımdan nasaz vəziyyətdə olan avtomobillə yola çıxmaqdan çəkinsinlər. Nəqliyyat vasitəsinin texniki vəziyyətini daim nəzarət saxlasınlar".

Xəbər lenti
0