19:54 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9 0 0

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 11-də saat 16 radələrində Saatlı rayonu, Orta Muğan kənd sakini 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Saatlı rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin əri 1987-ci il təvəllüdlü Şirinov Qadir Əyyub oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək Aynur Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qadir Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Əsas mövzular

  • Türkiyə sülhməramlıları, arxiv şəkli

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də bəyan edib ki, Ankara ilə Moskva Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar və türk hərbçilər də birgə sülhyaratma missiyasında iştirak edəcəklər

    43
  • Əklil

    Cavid Zeynallı Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".

    25
  • Təzə Bazar, arxiv şəkli

    "Bazarda yeraltı dayanacaqlar da nəzərdə tutulub. Bilirsiniz ki, Bakıda dayanacaq problemi var. Bu problemlər hamısı düşünülüb. Bu səbəbdən də tikintinin müddəti müəyyən dövr çəkəcək"

    20