QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dünyaca məşhur fotojurnalist işğaldan azad olunmuş bölgələrimizdən reportaj hazırlayıb

CC0 / JESHOOTS / photographerFotoqraf, arxiv şəkli
Fotoqraf, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, fotoqraf bir müddət əvvəl Qubadlıda çəkdiyi donuz tövləsinə döndərilmiş məscidin fotoları ilə səs-küyə səbəb olmuşdu

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. Azərbaycan əsilli fransız fotoqraf, "National Geographic" jurnalının tanınmış fotojurnalisti Rza Diqqəti (Reza Deghati) erməni işğalından azad edilən Füzuli rayonuna səfər edib. Sputnik Azərbaycan xəbər verir ki, o, özünün "Facebook" hesabında rayonun xarabaya çevrilmiş mənzərəsini paylaşaraq fotolara bu şərhi verib:

"Yeni azad edilmiş Füzuli şəhərinə girdikdə fantom bir şəhərlə qarşılaşdığım üçün şok oldum. Minlərlə insanın yaşadığı bu yer tərk edildi. Təbiət haqqını geri aldı. 90-cı illərdə, Qarabağdakı aktiv döyüşlər bitdikdən sonra Füzulidən olan qaçqınlarla görüşdüm. Evlərini və torpaqlarını tərk etmə anları barədə danışdıqları hekayələri heç vaxt unutmayacağam. Sadəcə çöldə hamısı erməni əsgərləri tərəfindən dayandırıldı və avtobusdan zorla çıxarıldı, əşyaları talan edildi, qadınlara hücum edildi, zinət əşyaları oğurlandı, cibləri boşaldıldı, bu zorakılığa qarşı çıxan kişilər vuruldu. Füzuli çiçəklənən bir məskunlaşmış şəhər idi, bu gün təbiətin hər şeyi ələ keçirdiyi bir xəyal şəhəridir".

Qeyd edək ki, fotoqraf bir müddət əvvəl Qubadlıda çəkdiyi donuz tövləsinə döndərilmiş məscidin fotoları ilə səs-küyə səbəb olmuşdu.

Xatırladaq ki, Rza Diqqəti 1992-ci ildə Şuşa işğaldan azad olunmamışdan əvvəl də orada fotolar çəkib. Son günlər həmin fotoların sosial şəbəkədə yayılması hər kəsin marağına səbəb olub.

Xəbər lenti
0