23:10 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
72 0 0

Vətəndaşlar pensiyalarını "Beynəlxalq Bank"dan və "Kapital Bank"dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

BAKI, 6 noyabr — Sputnik. Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənildi.

Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumata görə, Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların (317 339 nəfər) noyabr ayının pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb. Vətəndaşlar pensiyalarını "Beynəlxalq Bank"dan və "Kapital Bank"dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

Əsas mövzular