QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Deputat: “Səfərbərliyə cəlb edilənlərin kreditləri dondurulsun”

© Photo : AZƏRTACПризывники, фото из архива
Призывники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Vətən borcunu yerinə yetirənlər başqa borclar haqqında düşünməməlidirlər. Səfərbərliyə cəlb edilmiş şəxslərin ailələrinin bank kreditlərini ödəmək imkanları yoxdur. Yaxşı olar ki, bank kreditləri onlar səfərbərliyə alındığı gündən dondurulsun”.

BAKI, 6 noyabr — Sputnik. "Səfərbərliyə alınmış şəxslərin ailələri tərəfindən bizə müraciətlər daxil olur. Bu müraciətlər bank kreditləri ilə bağlıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Erkin Qədirli deyib.

O bildirib ki, Vətən borcunu yerinə yetirənlər başqa borclar haqqında düşünməməlidirlər: "Səfərbərliyə cəlb edilmiş şəxslərin ailələrinin bank kreditlərini ödəmək imkanları yoxdur. Yaxşı olar ki, bank kreditləri onlar səfərbərliyə alındığı gündən dondurulsun. Səfərbərliyə cəlb edilənlərin buna mənəvi haqqı çatır. Vətən borcunu yerinə yetirənlər başqa borcları düşünməməlidirlər. Onlar Vətən borclarını yerinə yetirərkən fikirləri ailənin qayğılarında qalmamalıdır".

 

Xəbər lenti
0