CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" qazlaşma işlərini sürətləndirib

© Photo : AzeriGas Production UnionQazlaşma
Qazlaşma - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda regionlarda və Bakı şəhərində 2020 ci il üzrə qaz çəkilişləri aparılan 43 yaşayış məntəqəsi (5299 fərdi yaşayış evindən ibarət) və 43 yaşayış massivində (8585 fərdi yaşayış evindən ibarət) ümumi işin əksər hissəsi tamamlanmaq üzrədir.

BAKI, 6 noyabr — Sputnik. “Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq qazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilir. Bu həftə Tovuz rayonu Çatax kəndində 70 fərdi yaşayış evinə qaz verilib. Bundan başqa Xəzər rayonu Buzovna qəsəbəsi Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki "Albalılıq" və "Təmənis" adlandırılan ərazilərə düşən yeni massivdə 358, Sabunçu rayonu Zabrat qəsəbəsi, M.İbrahimov küçəsində yeni massivdə 137 və Qaradağ rayonunda bir neçə yaşayış massivində bir qrup fərdi yaşayış evinə təbii qaz verilib. Eyni zamanda Göyçay rayonu Ərəbşahverdi kəndində 68, Şıxlar kəndində 71 fərdi yaşayış evi qazla təmin edilib.

© Photo : AzeriGas Production UnionQazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilib
Azəriqaz qazlaşma işlərini sürətləndirib - Sputnik Azərbaycan
Qazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilib

Hazırda regionlarda və Bakı şəhərində 2020 ci il üzrə qaz çəkilişləri aparılan 43 yaşayış məntəqəsi (5299 fərdi yaşayış evindən ibarət) və 43 yaşayış massivində (8585 fərdi yaşayış evindən ibarət) ümumi işin əksər hissəsi tamamlanmaq üzrədir. Bu günə olan məlumata görə artıq 11 yaşayış məntəqəsində 821 fərdi yaşayış evi, 26 yaşayış massivində 4528 fərdi yaşayış evi təbii qazla təmin edilib. 19 yaşayış məntəqəsi və 9 yaşayış massivində isə işlər tamamlanıb, qaz açılışına dair son prosedurlar icra edilməkdədir. 13 yaşayış məntəqəsi və 8 yaşayış massivində isə qazlaşdırma işləri davam etməkdədir. Hazırda qaz çəkilişi aparılan yerlərə Gəncə şəhərinin Şıxzamanlı və Cavadxan qəsəbələrindəki yeni yaşayış massivlərini, Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrindəki yeni yaşayış massivlərini, Ağdaş rayonunun Şıxlı, Yenikənd, Aşağı Qobuüstü, Qobuüstü və Yuxarı Nemətabad kəndlərini, Şabran rayonunun Ceyranlı və Vələsli kəndlərini, Gədəbəy rayonunun Arıqıran və Əyrivəng kəndlərini, Lerik rayonunun Bibiyani və Siyəreqon kəndlərini, Siyəzən rayonunun Məşrif kəndini göstərmək olar.

 

Xəbər lenti
0