13:11 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1910

İnam Kərimov: "Ölkəmizdə damazlıq heyvanları, kənd təsərrüfatı texnikasını, texnoloji avadanlıqları, müasir suvarma sistemlərini dövlət subsidiyası ilə güzəştli şərtlərlə əldə etmək mümkündür".

BAKI, 5 noyabr — Sputnik. "Bu gün dövlətin həyata keçirdiyi məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində aqrar sektor sürətli inkişaf dövrünü yaşayır. Reallaşdırılan islahatlarla kənd təsərrüfatında müasir idarəetmə sistemi qurulur. Texnika və lizinq bazarı liberallaşdırılıb, yeni subsidiya sistemi formalaşdırılıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, cari ilin əvvəlindən başlayaraq fermerlər aqrar subsidiyaları yeni qaydalar əsasında, alternativsiz olaraq yalnız elektron sistem üzərindən alırlar:

"Yeni subsidiya sistemi dövlətin prioritet hesab etdiyi məhsullar üzrə əmsallar tətbiq etməklə istehsalı dəstəkləyir. Subsidiyalar birbaşa olaraq "Fermer kartı" vasitəsilə hər bir fermerə təqdim edilir. Ölkəmizdə damazlıq heyvanları, kənd təsərrüfatı texnikasını, texnoloji avadanlıqları, müasir suvarma sistemlərini dövlət subsidiyası ilə güzəştli şərtlərlə əldə etmək mümkündür".

"Aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir. Bu mexanizmin yaradılması məqsədilə aqrar sığorta sisteminin qanunvericilik bazası formalaşdırılıb, yeni institusional baza - Aqrar Sığorta Fondu yaradılıb", - deyə nazir bildirib.

Teqlər:
Kənd Təsərrüfatı Nazirliyi, Kənd təsərrüfatı, İnam Kərimov

Əsas mövzular