QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanın 6 rayonunun yaşayış ərazilərində müxtəlif növ raketlər aşkarlandı

Abunə olmaq
Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 1 noyabr - Sputnik. Oktyabrın 31-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və Yevlax rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 25 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

Sputnik Azərbaycan ANAMA-ya istinadən bildirir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupları Ağcabədi rayonunun Arazbar, Hacılar, Kəbirli, Mahrızlı kəndləri, Ağdam rayonunun Xındırıstan, Əhmədağalı, Üçoğlan kəndləri və Qarqar çayının sahili, Bərdə şəhəri Vaqif küçəsi, Füzuli rayonunun Şükürbəyli, Babı, Alxanlı kəndləri və Horadiz şəhəri, Tərtər rayonunun Qaynaq, Yuxarı Qapanlı kəndləri, Şıxarx qəsəbəsi, Bağırov küçəsi, Yevlax rayonunun Kolanı kəndi ərazisinə DİN-in əməkdaşları ilə birlikdə 24 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçiriblər.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd tank əleyhinə idarə olunmayan RPQ-18 silahı (PQ-18 raketi ilə), 1 ədəd tank əleyhinə idarə olunmayan RPQ-26 silahı (PQ-26 raketi ilə), 1 ədəd tank əleyhinə idarə olunan 9K111 silahı (9M111 raketi ilə), 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər lenti
0